525.Az

Mürəkkəbi bitməyən qələm


 

Mürəkkəbi bitməyən qələm <b style="color:red"></b>

Artıq əksər insanlar gündəlik həyatda qələmdən az istifadə edirlər, əsasən qeydləri telefona yazırlar. Lakin hələ də köhnə üsuldan imtina edə bilməyənlərin sayı olduqca çoxdur.

Pininfarina not almağı sevənlərə ömür boyu istifadə edə biləcəkləri bir qələm təqdim edir. Pininfarina Cambiano mürəkkəb istifadə etməyən, bu sayədə əsla tükənməyən bir qələm olmasıyla diqqət çəkir.

İndiki vaxtda yazı yazma ilə bağlı işlərin böyük bir qisimini kompüter və ya ağıllı telefonlarımızla həyata keçiririk. Lakin bəzən rəsmi sənədləri doldurmaq üçün və ya kiçik qeydlər etmək üçün qələmdən istifadə edirik. Bu kimi vəziyyətlərdə ən böyük problem yazmayan, yəni mürəkkəbi bitən qələmlər olur. Bu problemin həllərindən biri də, Pininfarina Cambiano adlı qələmdir.

Əsla tükənməyən bu qələm Ethergraf adı verilən, bir ərintidən istifadə edir. Yalnız qələmin uc qismində istifadə edilməsi kifayət edən bu ərinti, eynilə karandaş kimi yazır. Karandaşla yazılan yazıları pozanla sildiyimiz kimi, bu qələmlə yazılanlarıda silmək mümkündür. Beləliklə də diyircəkli qələm dizaynında bir karandaş əldə etmiş olursunuz.

 





02.06.2017    çap et  çap et