525.Az

Ərdoğan "aqil adamlar"la görüşəcək


 

Ərdoğan "aqil adamlar"la görüşəcək<b style="color:red"></b>

Türkiyədə terrora son qoymaq üçün həyata keçirilən prosesi xalqa izah etmək məqsədilə yaradılan "Aqil adamlar" heyəti fəaliyyətlərini davam etdirir.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, "Aqil adamlar" Türkiyənin dörd tərəfində keçirdikləri görüşlərlə bağlı qənaətlərini baş nazir Rəcəb Tayyib Ərdoğana çatdıracaqlar.

Baş nazir İstanbulda,  "Dolmabağça"dakı  ofisində heyətin bölgələr üzrə rəhbərlərini qəbul edəcək.

Ara hesabatla bağlı dəyərləndirmədən sonra heyət daha bir ay fəaliyyətini davam etdirəcək.

 





09.05.2013    çap et  çap et