525.Az

ABŞ Suriyaya yardım edəcək


 

ABŞ Suriyaya yardım edəcək<b style="color:red"></b> ABŞ Dövlət Departamenti Suriyada davam edən vətəndaş müharibəsindən əziyyət çəkənlərə 100 milyon dollarlıq humanitar yardım göndəriləcəyini açıqlayıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 1 milyon 400 minə yaxın suriyalının qonşu ölkələrə sığındığı bildirilən açıqlamada ayrılan yardımın 9,5 milyon dollarının Türkiyədəki qaçqınlara veriləcəyi qeyd edilib.

Bu pullar ABŞ dövlət katibi Con Kerrinin aprelin 21-də İstanbulda elan etdiyi 25 milyon dollarlıq ərzaq yardımına əlavə olaraq göndəriləcək.

Beləliklə, son rəqəmlə birlikdə Vaşinqtonun Suriyalılara yardımı 500 milyon dollara çatacaq.
 





09.05.2013    çap et  çap et