525.Az

Berluskoninin haqqındakı hökm qüvvədə qaldı


 

Berluskoninin haqqındakı hökm qüvvədə qaldı<b style="color:red"></b>

İtaliyanın Apellyasiya Məhkəməsi vergi qaçırma ittihamıyla 4 il həbs cəzasına məhkum edilən keçmiş baş nazir Silvio Berluskoni haqqındakı qərarı təsdiqləyib.

Berluskoninin vəkili qərardan yuxarı instansiyaya şikayət verəcəklərini bildirib.

Keçmiş baş nazir keçən ilin oktyabr ayında sahibi olduğu media imperatorluğu "Mediaset"də vergi qaçırmaqda ittiham edilərək 4 il həbs cəzasına məhkum edilib. Məhkəmə eyni zamanda Berluskoniyə 5 il siyasi fəaliyyət, 3 il boyu da şirkət qurma və ya işlətmə qadağası qoyub.

Sözügedən qadağalar iki apellyasiya instansiyası tərəfindən təsdiqlənərsə, qüvvəyə minəcək.

 





09.05.2013    çap et  çap et