525.Az

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yeni mühafizə hissələrinin açılışı olub


 

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yeni mühafizə hissələrinin açılışı olub<b style="color:red"></b>

Açılış mərasimlərinə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da qatılıb

Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Abşeron və Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin açılışı olub.
 
APA-nın məlumatına görə, açılış mərasiminə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da qatılıb. K. Heydərov yeni istifadəyə verilmiş Yasamal Rayon Yanğından Mühafizə Hissəsində yaradılmış şəraitlə tanış olub, akt, iclas və idman zalları, arxiv, sinif və qəbul otaqlarına baxış keçirib. Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin 6 yanğınsöndürən texnikası və 80 nəfər şəxsi heyəti var.
 
Daha sonra Abşeron Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Xırdalan şəhərində yerləşən inzibati binasının açılış mərasimi keçirilib. 100 nəfər şəxsi heyəti olan Abşeron Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 7 yanğınsöndürən texnikası var və mühafizə hissəsində hər bir şərait yaradılıb. Mühafizə hissəsində akt, iclas və idman zalları müasir texniki vasitələrlə təmin edilib.  

 





09.05.2013    çap et  çap et