525.Az

Turagentlərə ödəmələrin nağdsız olması təklif edilir


 

Turagentlərə ödəmələrin nağdsız olması təklif edilir<b style="color:red"></b>

Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Turizm haqqında”, “Sosial sığorta haqqında”, “Məşğulluq haqqında” və “Sosial müavinətlər haqqında” qanunlara təklif olunan əlavələr müzakirəyə çıxarılıb.
 
APA-nın məlumatına görə, “Turizm haqqında” qanunun 9-cu (Turizm məhsulu satışının təşkili qaydaları) maddəsinə təklif edilən əlavədə bildirilir ki, turagentlərə ödəmələr yalnız nağdsız qaydada həyata keçirilir.
 
“Sosial müavinətlər haqqında”da qanunun 10-1.1 (Müavinətlərin ödənilməsi qaydaları) maddəsinə təklif dəyişikliyə əsasən, nəzərdə tutulmuş müavinətlər (aylıq müavinət, dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, 3 yaşınadək uşağa qulluğa görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət) tam məbləğdə və yalnız nağdsız qaydada ödənilir.
 
“Sosial sığorta haqqında” qanunun 14-cü (Məcburi dövlət sosial sığorta haqqı) maddəsinə də dəyişiklik təklif edilir. İndiyədək hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə nağd və ya nağdsız hesablaşma qaydasında ödənilirdisə, bundan sonra, yalnız nağd qaydada ödənilməsi təklifi irəli sürülüb. “Məşğulluq haqqında” qanunun 21.4-cü (Sosial yardım üçün təminatlar) maddəsinə təklif olunan dəyişikliyə görə, ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 





05.06.2017    çap et  çap et