525.Az

Dəniz Seki həbsdən çıxdı


 

Dəniz Seki həbsdən çıxdı<b style="color:red"></b>

Türkiyənin tanınmış müğənnisi, narkotik vasitələrin dövriyyəyində təqsirli bilinərək, həbs edilmiş Deniz Seki 3 il sonra azadlığa çıxıb.
 
APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, 46 yaşlı müğənni bu gün Bakırköy qapalı qadın həbsxanasından azadlığa buraxılıb.
 
Səhər saatlarından etibarən həbsxana önündə müğənninin azadlığa çıxmasını gözləyən fanatları onu mahnılarını söyləyərək qarşılayıblar. İki gün sonra mətbuat konfransı keçirəcək D. Seki daha sonra nişanlısı Faruk Salmanla birlikdə uzunmüddətli tətilə çıxacaq.
 
Qeyd edək ki, D Seki 2009-cu ildə saxlanılıb, daha sonra şərti olaraq azadlığa buraxılıb, məhkəmə prosesi isə davam edib. Müğənni narkotik dövriyyəsi ilə məşğul olmadığını, yalnız narkotik vasitədən istifadə etdiyini bildirib. Məhkəmənin qərarı ilə 24 fevral 2010-cu ildə həbs edilib. 218 gün sonra 2 noyabr 2010-cu ildə məhkəmənin qərarı ilə azadlığa buraxılsa da, İstanbul 12-ci Ağır Cəza  Məhkəməsi müğənni barədə çıxarılmış 6 il 3 aylıq cəzanı qüvvədə saxlayıb. Müğənni həbsdən yayınmağa cəhd etsə də, 15 noyabr 2014-cü ildə yaxalanıb, 16 noyabr 2014-cü ildə təkrar həbsə göndərilib.

 





05.06.2017    çap et  çap et