525.Az

Nazir canlı yayımda bayıldı


 

Nazir canlı yayımda bayıldı<b style="color:red"></b>

Türkiyədə səfərdə olan Burkina Fasonun xarici işlər naziri Cibril Yipene Bassone canlı yayımda bayılıb.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, hadisə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun qonağı ilə birlikdə keçirdiyi mətbuat konfransında baş verib.

Əhməd Davudoğlu bir sualı dinləyərkən qonaq nazirin halı pisləşib. Nazirin yarımına mühafizəçilərdən əvvəl Davudoğlu yetişib.

Qonağın soyuqdəymədən müalicə olunduğu bildirilib. Bassone Ankaradakı Atatürk xəstəxanasına aparılıb.

 





09.05.2013    çap et  çap et