525.Az

Avtobuslarda kart ödəniş sisteminin tətbiqinə başlanılıb


 

Avtobuslarda kart ödəniş sisteminin tətbiqinə başlanılıb<b style="color:red"></b>

Azərbaycan paytaxtında sərnişin avtobuslarında gediş haqqının kartla ödəniş sisteminin tətbiqinə başlanılıb.

APA-nın xəbərinə görə, bunu nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında deyib.
 
Nazir qeyd edib ki, artıq Bakı şəhərində 20-yə qədər marşrut avtobusunda kartla nağdsız ödəniş sistemi tətbiq olunub. Ayın sonuna kimi bütün avtobus marşrutlarında kart sisteminin tətbiq olunması nəzərə tutulub.

 





10.05.2013    çap et  çap et