525.Az

Prezident Gül Bayramında iştirak edib


 

Prezident Gül Bayramında iştirak edib<b style="color:red"></b> Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün ailə üzvləri ilə birgə Bakıda, Milli bankın qarşısında yerləşən və Heydər Əliyevin abidəsinin ucaldıldığı parkda keçirilən Gül bayramında iştirak ediblər.
 
Lent.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına məlumat verib ki, səhər tezdən başlayaraq paytaxt sakinləri dünyanın bir sıra ölkəsindən gətirilmiş gül-çiçəklə bəzədilmiş parka gəlirlər.
 
Parkda müxtəlif gül kompozisiyaları qurulub. Eyni zamanda milli üslubda bəzədilmiş faytonların yürüşü də keçirilib.
 





10.05.2013    çap et  çap et