525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya  Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi xəbərə görə, havanın temperaturu gecə 14-16, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, səhər ayrı-ayrı yerlərdə duman qeydə alınacaq. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 11-16, gündüz 22-27 dərəcə, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacaq.
 





10.05.2013    çap et  çap et