525.Az

Aypara” muğam üçlüyü növbəti səfərə hazırlaşır


 

Aypara” muğam üçlüyü növbəti səfərə hazırlaşır<b style="color:red"></b>

“İkinci respublika muğam müsabiqəsinin qalibi, xanəndə Aytən Məhərrəmova, ötən il Beynəlxalq Avrasiya səsləri festivalında laureat adını qazanmış Ədalət Behbudov (tar) və Pərviz Fərhadovdan (kamança) ibarət “Aypara” muğam üçlüyü ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Rusiyanın Çelyabinsk şəhərində keçiriləcək festivalın qala-konsertində çıxış etmək üçün mayın 12-də həmin şəhərə yola düşəcəkdir. 

Bu barədə 525.aza qrupun üzvü Pərviz Fərhadov məlumat verib. Məlumatda bildirilir ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə reallaşacaq səfər mayın 15-dək davam edəcək. 

Pərviz Fərhadov onu da bildirib ki, muğam üçlüyü indiyədək Mədəniyyət və Turizm Nazirliyinin və ayrı-ayrı rayonların icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Sabirabad, Abşeron, Şabran, Şəmkir, Saatlı, Füzuli rayonlarında və Bakı şəhərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında və Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Ümummilli Liderin 90 illik yubileyinə həsr olunmuş konsertlərdə yaddaqalan ifası ilə tamaşaçıların alqışlarını qazanıb.

GÜNEL

 





10.05.2013    çap et  çap et