525.Az

Gül Bayramına görə bu yollar bağlıdır


 

Gül Bayramına görə bu yollar bağlıdır<b style="color:red"></b>

Azərbaycan paytaxtında keçirilən “Gül bayramı” ilə əlaqədar olaraq nəqliyyatın hərəkəti üçün bağlı olan yolların siyahısı açıqlanıb.

Nəqliyyatı  İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə,  Bakıda keçirilən “Gül bayramı” ilə əlaqədar olaraq Mikayıl Müşfiq küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsindən, Mehdi Hüseyn küçəsi (Teleteatr binasının yanından) və Parlament küçəsi ilə kəsişən bütün küçə və yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Həmçinin, Ş. Bədəlbəyli küçəsinin Bülbül və Rəşid Behbudov küçələri ilə kəsişməsinə qədər olan istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət var.

Badamdar istiqamətindən Azneft dairəsi istiqamətinə gələnlər İpək yolundan, Bibiheybət yolu - Mikayıl Hüseynov küçələrindən istifadə etməklə Neftçilər prospektinə çıxa bilərlər.

Bülbül prospektinə alternativ yol kimi Səməd Vurğun, Şəmsi Bədəlbəyli küçəsinə alternativ yol kimi isə Dilarə Əliyeva və 28 May küçələrindən istifadə etmək olar.

 





10.05.2013    çap et  çap et