525.Az

Daha bir məşhur "Maşın"a vida etdi


 

Daha bir məşhur "Maşın"a vida etdi<b style="color:red"></b>

Əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu “Maşın” realiti-şounu dünən müğənni Təranə Qumral tərk edib.

Axşam.az-ın məlumatına görə, iştirakçıların seçimi ilə tribunaya müğənni Təranə Qumral çıxıb.

O, səs topladığı təqdirdə 3 gündür söz savaşına çıxdığı aktyor Sərxan Kərəmoğlunu oyundan uzaqlaşdıracağını bildirib.

Sonda tamaşaçıların səsverməsi ilə 32,18 faiz toplayaraq T.Qumral özü oyundan gedib.

Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır.

Hazırda şouda mübarizəni aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Sərxan Kərəmoğlu, Nadir Qafarzadə, rejissor Aqil M.Quliyev, rəqqasə Oksana Rəsulova davam etdirir.

 





08.06.2017    çap et  çap et