525.Az

Nazir: “Bu il turizm sahəsində sınaq ili olacaq”


 

Nazir: “Bu il turizm sahəsində sınaq ili olacaq”<b style="color:red"></b>

“Bu il turizm sahəsində bizim üçün sınaq ili olacaq”.

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
 
Nazir qeyd edib ki, ötən ilə nisbətən xaricidən gələn turistlərin sayı bu il çoxalacaq: “Azərbaycanda iyun ayının 15-dən sentyabrın 15-ə kimi yay mövsümü nəzərdə  tutulub. Ötən ilə nisbətən Azərbaycanda istirahət edən insanların sayı artıb. Bu yay da Azərbaycana Birləşmiş Ərəb Əmirliklərindən daha çox turistin gəlişi gözlənilir”.
 
Əbülfəs Qarayev əlavə edib ki, “Formula-1” yarışları zamanı ölkəmizdə böyük mehmanxana şəbəkələrinin 95 faizi dolur:

“Artıq sifarişlər verilib. Bundan əlavə olaraq, körfəz ölkələrindən gələn turistlər yalnız paytaxtda yox, regionlarda dincələ bilərlər”.

 





08.06.2017    çap et  çap et