525.Az

Kürdəmirdə baş verən dəhşətli qətllə bağlı rəsmi məlumat


 

Kürdəmirdə baş verən dəhşətli qətllə bağlı <b style="color:red">rəsmi məlumat </b>

Daxili İşlər Nazirliyi (DİN) Kürdəmirdə baş verən dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb.

525.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 9-na keçən gecə Kürdəmir rayonunda yaşayan, əvvəllər məhkum olunan Qeyrət Süleymanov ailə münaqişəsi zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Ruhiyyə Mahmudovanın qızı, 3 yaşlı Mələyi döyərək qətlə yetirib hadisə yerindən qaçıb.
 
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində Q. Süleymanov tutulub.
 
Faktla əlaqədar cinayət işi başlanılıb.

 





10.05.2013    çap et  çap et