525.Az

"525-ci qəzet" namizədlərini müəyyənləşdirdi


 

REDAKSİYADA JURNALİSTLƏRİN BİNASINDAKI MƏNZİLLƏRİN BÖLGÜSÜNDƏ NAMİZƏDLƏRİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI İCLAS KEÇİRİLİB

"525-ci qəzet" namizədlərini müəyyənləşdirdi<b style="color:red"></b>

Dünən "525-ci qəzet"in redaksiyasında prezident İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 22 iyul 2013-cü il tarixli sərəncamı əsasında jurnalistlər üçün inşa edilmiş yaşayış binasındakı mənzillərin bölgüsündə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı iclas keçirilib.

İclası "Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri"nin müəyyənləşdirilməsi, eləcə də həmin qaydalar və şərtlər əsasında sənədlərin qəbulu prosesinin ədalətli və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə yaradılmış Komissiyanın iki üzvü - Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini, Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə və Fondun Müşahidə Şurasının üzvü və MŞ İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli izləyib.

İclasa sədrlik edən "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid mənzillərin verilməsi ilə bağlı açıqlanan qaydalara və şərtlərə uyğun gələn əməkdaşların adlarını elan edib və 5 nəfərin namizədliyi irəli sürülüb. Onların namizədliyi iclas iştirakçılarının yekdil rəyi ilə qəbul olunub.

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə və Fondun Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli çıxışlarında ölkədə mətbuata göstərilən dövlət qayğısından danışıb, bu qayğıya görə prezident İlham Əliyevə təşəkkür ediblər.

 





08.06.2017    çap et  çap et