525.Az

Gülər Əhmədova barəsində məhkəmə qərarından apellyasiya şikayəti verilib


 

Gülər Əhmədova barəsində məhkəmə qərarından apellyasiya şikayəti verilib<b style="color:red"></b>

Sabiq deputat Gülər Əhmədovanın barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Bu barədə APA-ya məlumat verən vəkil Əfsər Talıbov apellyasiya şikayətinin bu gün məhkəməyə təqdim edildiyini bildirib.
 
Qeyd edək ki, mayın 8-də Səbayel rayon Məhkəməsində istintaq orqanının sabiq deputat Gülər Əhmədova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı verdiyi təqdimata baxılıb. Hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə həbs qətimkan tədbirinin 3 ay uzadılması barədə qərar qəbul olunub.

Prosesdə G. Əhmədova və vəkilləri qərara etiraz ediblər. Vəkillər G. Əhmədova barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırsalar da, vəsatət təmin olunmayıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.1-ci maddələri ilə təqsirləndirilir.

 





10.05.2013    çap et  çap et