525.Az

Elmar Məmmədyarov ATƏT Daimi Şurasında çıxış edəcək


 

Elmar Məmmədyarov ATƏT Daimi Şurasında çıxış edəcək<b style="color:red"></b>

Mayın 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Daimi Şurasının Vyanada keçiriləcək iclasında iştirak və çıxış edəcək.

APA-nın diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, E. Məmmədyarov çıxışında Azərbaycan-ATƏT ikitərəfli əlaqələri və Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunacaq.
 
Qeyd edək ki, mart ayından bəri Azərbaycan və ATƏT qurumun Bakı ofisinin mandatı ilə bağlı məsələni müzakirə edir. Azərbaycan tərəfi Bakı ofisinin statusunun aşağı salınması təklifi ilə çıxış edib.

 





10.05.2013    çap et  çap et