525.Az

“Onun qayıdışı müasir tariximizdə dönüş nöqtəsi oldu”


 

“Onun qayıdışı müasir tariximizdə dönüş nöqtəsi oldu”<b style="color:red"></b> Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
 
APA-nın xəbərinə görə, prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, dövlət və hökumət nümayəndələri, diplomatik korpusunun təmsilçiləri mərasimdə iştirak ediblər. Tədbirdə çıxış edən prezident İlham Əliyev Heydər Əliyevi müstəqil Azərbaycan dövlətinin qurucusu, böyük tarixi şəxsiyyət kimi səciyyələndirib. Dövlət başçısı deyib ki, Heydər Əliyevin timsalında şəxsiyyətlərin tarixdə rolunun bəzi hallarda əvəzsiz olduğu təsdiqlənir.
 
 
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə nəzər salan prezident həmin dövrdə ölkənin inkişafı, siyasi sabitliyin yaranması, iqtisadiyyatın dirçəlməsi və s mühüm faktları qeyd edib. Prezident bildirib ki, Heydər Əliyev Moskvada olduğu dövrlərdə də daim Azərbaycana diqqət göstərib. Onun rəhbərlikdən uzaqlaşdırıldığı illərdə respublikada baş verən mənfi prosesləri xatırladan ölkə başçısı Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti, muxtar respublikanı ermənilərdən qoruması, çətinliklərdən çıxarması barədə də danışıb:«Böyük təəssüf hissi ilə deyirəm ki, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı bir qarış torpaq da işğal altına düşməzdi. Ondan sonrakı illər bizim üçün ən ağrılı illər olub. Ölkədə proseslər mənfi istiqamətdə gedirdi. Özbaşınalıq, anarxiya, xaos, hakimiyyət zəifliyi, xalq ilə iqtidar arasında yaranmış uçurum, digər tərəfdən Ermənistanın Azərbaycana qarşı iddiaları Azərbaycana böyük problemlər yaratmışdı. Onların içində əlbəttə, ən ağrılısı torpaqlarımızın işğal altına düşməsidir. Eyni zamanda, Qanlı Yanvar faciəsi ən böyük yara, ən böyük faciədir. Əfsuslar olsun ki, Azərbaycanın o vaxtkı rəhbərliyi Qanlı Yanvar faciəsinin qarşısının alınması üçün heç bir iş görməyib və günahsız insanları sovet ordusunun qurbanlarına çevirib. Heydər Əliyevin o vaxta qədər fəal siyasətlə məşğul olmaq niyyəti olmamışdır. Ancaq o, bu faciəyə biganə qala bilməzdi və dərhal öz münasibətini bildirdi. Azərbaycanın daimi nümayəndəliyinə gəlib və orada öz sözünü deyib. Sovet rəhbərliyini pisləyib, tənqid edib, öz sözünü deyib, Azərbaycan xalqının yanında olduğunu bəyan edib»..
 
Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışından sonra müstəqilliyi möhkəmlətmək üçün cəsarətli addımlar atdığını xatırladan prezident həmin illərdə Azərbaycanın müasir siyasi sisteminin formalaşdığını, inkişafın təməlinin qoyulduğunu, Yeni Azərbaycan Partiyasının yaradıldığını qeyd edib: “Ulu Öndərin ölkəmizdə rəhbərliyə qayıdışı bütövlükdə müasir tariximizdə dönüş nöqtəsi oldu”.
 
Prezident qeyd edib ki, Heydər Əliyevin yaratdığı möhkəm əsaslar bu gün Azərbaycanı dünyaya qüdrətli dövlət kimi tanıdır. Ölkə başçısı bu gün də Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyini vurğulayıb. Prezident bu gün Azərbaycanın böyük inkişaf dövrünü yaşadığını qeyd edib, bu inkişafın təməlinin 1993-cü ildə qoyulduğunu xatırladıb.
 
Azərbaycanın təşəbbüskarı olduğu beynəlxalq layihələrdən, ölkənin daxili və xarici siyasətindəki uğurlardan danışan ölkə başçısı qeyd edib ki, ən böyük sərvət müstəqil, qüdrətli dövlətin qurulmağıdır.
 
Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

 





11.05.2013    çap et  çap et