525.Az

Musiqişünas Babək Qurbanov Rəşad Məcidin şeirinə musiqi bəstələdi


 

Musiqişünas Babək Qurbanov Rəşad Məcidin şeirinə musiqi bəstələdi<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, şair Rəşad Məcidin “Məni anla” şeirinə daha bir musiqi bəstələnib.

Musiqinin müəllifi Türkiyədə yaşayan azərbaycanlı musiqişünas, fəlsəfə (estetika üzrə) elmləri doktoru, professor Babək Qurbanovdur.

Qeyd edək ki, 25 ildən artıqdır qardaş Türkiyədə yaşayan və çalışan B.Qurbanov Azərbaycanın Xalq şairi Osman Sarıvəllinin oğludur.

Xatırladaq ki, bundan əvvəl Rəşad Məcidin “Məni anla” şeirinə bəstəkar Xanım İsmayılqızı da musiqi yazıb. Müğənni Ayan Babakişiyevanın ifa etdiyi bu mahnıya klip də çəkilib.

 





09.06.2017    çap et  çap et