525.Az

Qısamüddətli yağış yağacaq


 

Qısamüddətli yağış yağacaq<b style="color:red"></b>

Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN)  Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi xəbərə görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında gündüz əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti təşkil edəcək. 

 





11.05.2013    çap et  çap et