525.Az

Türkiyənin Gəncədəki baş konsulluğunda sərgi


 

Türkiyənin Gəncədəki baş konsulluğunda sərgi <b style="color:red"></b> Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğunda Tahir Abbasovun fərdi sərgisi keçirilib.
 
Gəncə Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, sərgidə Gəncə şəhər İH başçısı Elmar Vəliyev, konsulun müavini Hüseyn Yurtsevər, rəssamlar, mədəniyyət və incəsənət sahəsində çalışan insanlar iştirak edib.
 
Hüseyn Yurtsevər Azərbaycan təsviri incəsənətinin təbliği baxımından böyük rola malik olan sərginin hazırlanmasında Baş Konsulluğunun dəstəyinin olduğunu bildirib.
 
Elmar Vəliyev çıxışında bildirib ki, bu, şəhərin mədəniyyətini, incəsənətə verilən diqqəti nümayiş etdirən bir tədbirdir.

Gəncənin tarixən mədəniyyət beşiyi olduğunu önə çəkən İH başçısı qısa zamanda şəhərdə mədəniyyət işçilərinə töhfə olaraq filarmoniya binasının istifadəyə veriləcəyini vurğulayıb.
 
Elmar Vəliyev qeyd edib ki, Tahir Abbasov bu sərgisi ilə xalqımızın malik olduğu yüksək mədəni dəyərləri bir daha nümayiş etdirib.
 
Rəssam Tahir Abbasov onun fərdi sərgisinin təşkilində əməyi olanlara minnətdarlıq edib. Bildirib ki, sərgidə sürrealist üslubunda yağlı boya ilə karton üzərində çəkdiyi 35-ə yaxın əsəri sərgilənir.
 
Sərgi iyunun 18-ə kimi davam edəcək.
 





10.06.2017    çap et  çap et