525.Az

Finala bir addım qalmış “Maşın”dan getdi


 

Finala bir addım qalmış “Maşın”dan getdi<b style="color:red"></b>

“Maşın” realiti-şounun daha bir buraxılışı yayımlanıb.

Axşam.az-ın məlumatına görə, iştirakçılar bu dəfə rejissor Aqil M. Quliyevin şəklini atıblar.

Veriliş başlayandan ikinci dəfə tribunaya çıxan rejissor səs topladığı təqdirdə oyundan ya rəqqasə Oksana Rəsulovanı, ya da aktyor İslam Mehrəliyevi çıxaracağını bildirib.

Daha sonra isə Aqil hədəfinin konkret Oksana olduğunu vurğulayıb.

Sonda tamaşaçıların səsverməsi ilə 49,39 faiz toplayan rejissor özü şoudan gedib.

Hazırda şouda mübarizəni aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov və rəqqasə Oksana Rəsulova davam etdirir.

 





10.06.2017    çap et  çap et