525.Az

Bu da “Qarabağ”ın ulduzlu loqusu


 

Bu da “Qarabağ”ın ulduzlu loqusu<b style="color:red"></b>

“Qarabağ” bugündən etibarən loqosunda dəyişiklik edib.

Qol.az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb. Məlumatda bildirilir ki, “Qarabağ” Futbol Klubu ölkə çempionatlarında ardıcıl dördüncü dəfə çempion olmaqla ümumilikdə bu sayı 5-ə çatdırıb.

“Bir çox dünya və Avropa klublarında adətən 5 çempionluq bir ulduzla qeyd olunur. “Qarabağ” FK bu təcrübədən yararlanaraq loqomuz üzərinə 1 ulduz əlavəsi yönündə fəaliyyətə keçib.

Klubumuzun loqosunda digər bir dəyişiklik isə “FK Qarabagh” ifadəsinin “Qarabağ FK”yla əvəzlənməsidir.

Klubumuz bu dəyişikliklərlə bağlı artıq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinə də müraciət edib” – deyə məlumatda qeyd olunub.

 





12.06.2017    çap et  çap et