525.Az

Cənubi Koreya lideri DÇ-2030-u Şimali Koreya ilə keçirməyi təklif etdi


 

Cənubi Koreya lideri DÇ-2030-u Şimali Koreya ilə keçirməyi təklif etdi<b style="color:red"></b>

Cənubi Koreyanın yeni prezidenti Mun Çje İn futbol üzrə 2030-cu il dünya çempionatını Şimali Koreya və Şimal-Şərqi Asiyanın digər ölkələri ilə birgə keçirmək arzusunda olduğunu ifadə edib.

"Report" xəbər verir ki, Mun Çje İn bunu Seulda FİFA prezidenti Canni İnfantino ilə görüş zamanı bildirib.

"Əgər Şimal-Şərqi Asiyanın qonşu ölkələri, o cümlədən, Şimali və Cənubi Koreya dövlətləri futbol üzrə dünya çempionatını qəbul etməyi bacararlarsa, düşünürəm ki, bu, Şimali və Cənubi Koreya dövlətləri arasında, həmçinin Şimal-Şərqi Asiyada sülhün bərqərar olmasına kömək edəcək.

Mən prezident İnfantinonun bu məsələyə maraq göstərməsini istərdim", - deyə "AP News" Munun sözlərini sitat gətirib.

 





13.06.2017    çap et  çap et