525.Az

İstanbulda "Fənərbağça" azarkeşi öldürülüb


 

İstanbulda "Fənərbağça" azarkeşi öldürülüb<b style="color:red"></b>

İstanbulda 20 yaşlı bir "Fənərbağça" tərəfdarı öldürülüb.

Əldə edilən məlumata görə, "Fənərbağça" forması geyinərək dostlarıyla birlikdə şəhərdə gəzən 20 yaşlı Burak Yıldırım Ədirnəqapıdakı Şəhidlik metrobus dayanacağının çıxışında naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb.

Bıçaqlanan gənc xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.

"Fənərbağça"nın azarkeş qrupu olan "Gənc Fənərbağçalılar" hadisəni "Qalatasaray" azarkeşlərinin törətdiyini bildiriblər.

TRT

 





13.05.2013    çap et  çap et