525.Az

ABŞ-da "Analar günü" qana bulandı


 

ABŞ-da "Analar günü" qana bulandı<b style="color:red"></b>

ABŞ-da keçən ay Boston şəhərində baş verən partlayışdan sonra daha bir hücum şoku yaşanır.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, Nyu Orleans şəhərində Analar Gününü qeyd etmək üçün keçirilən parad qana bulanıb.

Polisin verdiyi məlumata görə, yerli vaxtla saat 13:45-də Frençmen küçəsindən keçən parad dəstəsinə atəş açılıb.

Nəticədə 19 nəfər yaralanıb. Yaralılardan yeddisi qadın, ikisi isə uşaqdır.

Polis hadisəni törətdiyi düşünülən üç nəfərin hadisə yerindən qaçarkən görüldüyünü açıqlayıb.

 





13.05.2013    çap et  çap et