525.Az

Yığmamız Bolqarıstana 7 top fərqi ilə uduzdu


 

Yığmamız Bolqarıstana 7 top fərqi ilə uduzdu<b style="color:red"></b> Bolqarıstanda kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, C qrupunun ilk turunda Andorraya qalib gələn Azərbaycan millisi növbəti oyununda ev sahibləri ilə üz-üzə gəliblər.
 
Komandamız “cırtdan ölkə”dən fərqli, Bolqarıstan həndbolçuları ilə bacarmayıblar. Hikmət Abdullayevin komandası 34:41 hesabı ilə uduzub.
 
Qrupun digər qarşılaşmasında isə Kipr ikinci qələbəsini qazanıb. Andorranı 39:14 hesabı ilə məğlub edən komanda turnir cədvəlində liderliyə yüksəlib. Azərbaycan və Bolqarıstanın hesabında isə 1 qələbə var.
 
Qeyd edək ki, yığmamız son matçda Kiprlə üz-üzə gələcək. Məğlubiyyət komandamızın vaxtından əvvəl yarışla vidalaşmasına səbəb ola bilər.
 





14.06.2017    çap et  çap et