525.Az

"Suriyada baş verənlərə səssiz qalsam, çıxıb gedərəm!"


 

"Suriyada baş verənlərə səssiz qalsam, çıxıb gedərəm!"<b style="color:red"></b>

Baş nazir Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyası Qadınlar Təşkilatının İstanbulda keçirdiyi Analar Günü tədbirində çıxış edib.

Ərdoğan Reyhanlıdakı partlayışların bütün milləti yasa boğduğunu deyib və hüquq-mühafizə orqanlarının bu hadisəni araşdırdığını söyləyib.

Baş nazir "Türk təyyarəsinin vurulması, Cilvəgözündəki hücumlar və bu partlayışlarla Türkiyənin səbri sınanır. Türkiyəni çirkli bir ssenarinin içinə çəkmək istəyirlər. Xaos yaratmaq istəyirlər. Bizi çəkmək istədikləri tələyə düşməyəcəyik" deyib.

Hökumət başçısı Türkiyənin Suriya siyasətini tənqid edənlərə cavab olaraq Suriyadakı məsələnin Ərdoğanın deyil, Türkiyə Cümhuriyyətinin məsələsi olduğunu vurğulayıb: "Bunu siyasi mənafe məsələsinə çevirmək doğru deyil. Bu gün "mən demişdim" deyib sinəyə döymək vaxtı deyil. Bu hücumlar böyüyən Türkiyəyə hücumlardır".

Suriyada uşaqların qətlə yetirildiyini söyləyən baş nazir "Mən bunlara səssiz qalsam, çıxıb gedərəm" deyib: "Çarəsizlik içində qalanlara qapılarımızımı bağlayaq? Sabah məhşərdə Rəbbim "Ey Türkiyənin baş naziri, o uşaqları gördün, neynədin" deyə soruşunca mən "konyuktura eləydi" deyəcəm? Bu hücumlar bizim böyüməmizə qarşı hücumlardır. Osmanlı Dəməşqən mərkəzindəki çeşmələriylə hələ də orada var".

Suriyalı qaçqınlarla bağlı çox həssas davrandıqlarını bildirən Ərdoğan "Bizi çəkmək istədikləri bataqlığa girməyəcəyik. Bir suriyalıya belə kəm gözlə baxılarsa, bu o demək olacaq ki, hücumu törədənlər hədəflərinə çatıblar. Biz terrorun arxasına sığınmayacağıq".

TRT

 





13.05.2013    çap et  çap et