525.Az

Bakıda ilk dəfə Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək


 

Bakıda ilk dəfə Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək<b style="color:red"></b> Bakı şəhərində ilk dəfə “DocuBaku” adlı Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək.
 
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, festivalın oktyabrın 12-19-da keçirilməsi nəzərdə tutulur.
 
Festivalda Aİ ölkələri, qeyri-Aİ ölkələri və Azərbaycan rejissorlarına məxsus 20 sənədli film nümayiş olunacaq.

Tədbir çərçivəsində avropalı rejissorlarla görüşlər keçiriləcək, müxtəlif seminarlar təşkil olunacaq.
 





15.06.2017    çap et  çap et