525.Az

“Maşın Şou - Qarşıdurma” bitdi - qalib kimdir?


 

“Maşın Şou - Qarşıdurma” bitdi - <b style="color:red">qalib kimdir? </b> “Maşın Şou - Qarşıdurma” başa çatdı.
 
APA TV-nin məlumatına görə, 3 finalçıdan ilk olaraq yorğunluğa tab gətirməyib əlini maşından çəkən rəqqasə Oksana Rəsulova oldu.
 
Tamaşaçıları təəccübləndirən təkcə onun gedişi olmadı. Bəlli oldu ki, o, maşından əlini çəkmədən öncə digər iştirakçılardan “pay” istəyib.
 
Oksananın danışığı hər kəsi heyrətləndirdi, amma o, bunun zarafat olduğunu dedi.
 
O ki, qaldı digər iştirakçılara, Oksananın gedişindən onlar sözün əsl mənasında bitkin vəziyyətdə olduqlarını gizlədə bilməyiblər.
 
Daha sonra İslam Mehrəliyev və Elcan Rəsulov arasındakı mübarizə də başa çatıb. Amma kimin xeyrinə - bax, məsələ budur. Çünki “Maşın Şou - Qarşıdurma”nın qalibi bu axşam elan olunacaq. Hansı iştirakçının 17 gün davam edən gərgin mübarizədə maşını apardığını bu gün saat 22:00-da öyrənə biləcəyik.
 
Xatırladaq ki, şounun informasiya dəstəyi APA TV, APA və Vesti.az informasiya agentliklərinə məxsusdur.
 





15.06.2017    çap et  çap et