525.Az

"Barselona" Ardanı istəmir?


 

"Barselona" Ardanı istəmir? <b style="color:red"></b>

Ahmet Bulut meneceri olduğu Arda Turanı "Barselona"da istəmədikləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın məlumatına görə, "COPE"yə danışan meneceri bu iddiaları təkzib edib:

“Barsa”da heç kim Ardaya ona istəmədikləri barədə heç nə deməyib. Mənimlə də klubdan heç kim əlaqə yaratmayıb. Ona görə də bizim indiki planımız Ardanın növbəti mövsümü də “Barsa”da keçirəcəyinə hesablanıb. Mən indiyə kimi Arda ilə bağlı heç bir klubla danışıq aparmamışam. Yox, əgər “Barsa” bizə müraciət edib Ardanı istəmədiyini bildirsə, onda bu, başqa məsələ olacaq”.

Qeyd edək ki, A.Turanın "Barsa" ilə müqaviləsi 2020-ci ildə başa çatır.

 





15.06.2017    çap et  çap et