525.Az

Əli Həsənov: “Milli Demokratiya İnstitutu ilə müəyyən şərtlər razılaşdırılıb”


 

Əli Həsənov: “Milli Demokratiya İnstitutu ilə müəyyən şərtlər razılaşdırılıb”<b style="color:red"></b>

“ABŞ-ın Milli Demokratiya İnstitutu ilə keçirdiyimiz görüşlərdə müəyyən şərtlər razılaşdırılıb”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib.

Ə. Həsənov deyib ki, Azərbaycanda QHT-lərin fəaliyyəti ilə bağlı müvafiq qanunvericiliyin tələblərini onların diqqətinə çatdırılıb: “Azərbaycanda QHT-lər haqqında qanunvericiliyin tələblərinə müvafiq olaraq, ABŞ-ın adıçəkilən qeyri-hökumət təşkilatı və digər beynəlxalq qurumlar Azərbaycanda fəaliyyət göstərə bilərlər”.

Ə. Həsənov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərmək üçün yerli və beynəlxalq qurumların ilk növbədə Azərbaycan qanunlarının tələblərinə cavab verməlidir.

 





13.05.2013    çap et  çap et