525.Az

Həndbol millimiz Ermənistan yığmasını böyük hesabla məğlub etdi


 

Həndbol millimiz Ermənistan yığmasını böyük hesabla məğlub etdi<b style="color:red"></b>

Kişi həndbolçulardan ibarət Azərbaycan milli komandası Bolqarıstanda Avropanın zəif ölkələri arasında keçirilən "Challenge Trophy" turnirində 9 - 16-cı yerlər uğrunda ilk görüşə çıxıb.

"Report"un məlumatına görə, rəqib Ermənistan yığması olub.

Görüş Hikmət Abdullayevin baş məşqçi olduğu komandanın aşkar üstünlüyü şəraitində keçib. İlk yarıdan 21:7 hesablı üstünlüklə ayrılan Azərbaycan millisi yekunda 18 top fərqi ilə qələbə qazanıb - 39:21. Qalib komandadan ən yaxşı oyunçu adına Maksim Butenko layiq görülüb.

Qeyd edək ki, Azərbaycan millisi daha 2 rəqiblə görüşdən qalib ayrılsa, turniri 9-cu yerdə başa vuracaq.

 





16.06.2017    çap et  çap et