525.Az

Yazıçılar Birliyinin qurultayının vaxtı açıqlanıb


 

Yazıçılar Birliyinin qurultayının vaxtı açıqlanıb<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayı sentyabrın ortalarında keçiriləcək.

Bu barədə APA-ya AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu bildirib. Onun sözlərinə görə, qurultay növbəti dəfə təxirə salınmayacaq: “Qurultayın sentyabrda keçiriləcəyi dəqiqdir. Yaxın vaxtlarda AYB üzvlərinə yeni vəsiqələr veriləcək. Qurultaya nümayəndələr də yeni vəsiqələr əsasında seçiləcək”.
 
Ə. Əsgəroğlu deyib ki, ölkə prezidentinin bir illik xüsusi təqaüdünü 2013-2014-cü illərdə alacaq namizədlərin siyahısı da artıq hazırdır. Bu il də təqaüd 50-si yaşlı, 20-si cavan olmaqla 70 nəfərə veriləcək.
 
Qeyd edək ki, prezidentin xüsusi təqaüdü 2007-ci ildən yaradıcılıq təşkilatlarında işləyən şəxslərin yaradıcılığını stimullaşdırmaq üçün verilir. Hər il AYB-nin yaşlı üzvlərindən 50-si bir il ərzində hər ay 300 manat, 20 gənc üzvü isə ayda 200 manat olmaqla prezidentin xüsusi təqaüdünə layiq görülür.
 
AYB-nin sonuncu qurultayı 2004-cü ilin mayında olub. Nizamnaməyə əsasən, qurultay 5 ildən bir keçirilməlidir.
 

 





13.05.2013    çap et  çap et