525.Az

Jurnalistin intim videosunu yayan nazir müavini həbs edilib


 

Jurnalistin intim videosunu yayan nazir müavini həbs edilib<b style="color:red"></b>

Gürcüstan daxili işlər nazirinin birinci müavini Gela Xvedelidze həbs edilib.

"Novosti Qruziya"nın xəbərinə görə, Xvelidzenin həbsində internetdə jurnalist Georgi Paresaşvilinin intim videosunu yayması səbəb olub.

Sözügedən video qısa müddət əvvəl internetdə yayılıb. Bundan sonra mətbuat konfransı keçirən jurnalist videonun montaj olduğunu və ondan qisas alınması məqsədilə yayıldığını bildirib. Paresaşvili son bir neçə ay ərzində Gürcüstanda iqtidar dəyişikliyindən sonra yeni hökumətin təmsilçilərinin nəzarətinə keçən biznes sahələriylə bağlı araşdırma apardığını deyib. Jurnalist bu sırada daxili işlər nazirinin müavini Gela Xvelidzenin, baş prokurorun müavini Laşa Natsvlişvilinin, baş nazirin müşaviri Giya Xuxaşvilinin adlarını çəkib.

Baş nazir İvanişvilinin keçmiş vəkili olan baş nazir Arçil Kbilaşvili jurnalistin ittihamlarının əsassız olduğunu deyib. Daxili İşlər Nazirliyi isə intim video ilə bağlı araşdırma başladıb. Və nəhayət nazirlik videonu Xvelidzenin yaydığını etiraf edib. Nazir İrakli Qaribaşvili həbs edilən müavininin günahını etiraf etdiyini deyib. Qaribaşvili Xvelidzeni "keçmiş birinci müavin" adlandırarak onun vəzifədən uzaqlaşdırıldığını da elan etmiş olub.

DİN-dəki mənbələr sözügedən kadrların əvvəlki hökumət dövründə çəkildiyini və hələ də nazirlikdə saxlanıldığını bildiriblər. Gürcüstan hökuməti qısa müddət əvvəl ölkədəki məşhur şəxslərlə bağlı intim videoların arxivinin toplandığını və bu materialların şantaj məqsədilə istifadə edildiyini açıqlayıb. Daxili işlər naziri isə bu kadrların məhv ediləcəyini deyib.

Gürcüstan prezidenti Mixail Saakşavili daxili işlər nazirinin müavininin adıyla bağlı skandala münasibət bildirib. Prezident bildirib ki, baş nazir başqalarının günahını gizləmək üçün çox da böyük fiqur olmayan nazir müavinini qurban verib.

TRT

 





13.05.2013    çap et  çap et