525.Az

“Azərbaycan” jurnalının yeni sayı


 

“Azərbaycan” jurnalının yeni sayı <b style="color:red"></b>

Bugünlərdə “Azərbaycan” jurnalının iyun sayı işıq üzü görüb.

Jurnalın bu sayında “Poeziya” bölməsində Ay Bəniz Əliyar, Vəliyulla Novruz, Ətraf Sərraf, Fərid Həsənzadə, Ağasəfa, Nizami Muradoğlu, Fərqanə Mehdiyeva və Rahil Məmmədin şeirləri çap olunub.

“Yeni tərcümələr”də Elçin Hüseynbəylinin tərcüməsində Vasili Belovun “Üç meşə o tərəfdə”, “Sığırçınlar”, “Atlar”, “Bobriş təpəliyi”, “Sıravi Lavruxin”, “Rosstan təpəliyində” əsərləri verilib. Bu bölümdə Vilayət Hacıyevin tərcüməsində Marianne Qruberin “Şorcüllütünün ölümü” hekayələri, Könül Arifin çevirdiyi, Tatyana Sivesin “Bakı” poeması da yer alıb.

“Ədəbi düşüncələr” rubrikasında Nizami Cəfərovun “Həyatın metafizikası, yaxud “Mahmud və Məryəm”dən “Ölüm hökmü”nə”, İrfan Çifçinin “Rəşad Məcidin keçib gəldiyi “Zaman tuneli” məqalələri dərc olunub.

Leyli Salayeva “Ev” hekayəsi ilə “Debüt”, Əlirza Balayev “Quranın tərcüməsinə dair bəzi mülahizələr” yazısı ilə “Nəzər nöqtəsi” rubrikalarında çıxış ediblər.

“Tənqid və ədəbiyyatşünaslıq” bölməsində Nərgiz Cabbarlının “Müasir roman texnologiyası, klassik roman strukturunda “dağılma” və keçmişə qayıdış”, Vaqif Yusiflinin “Qəzəl dünyamız” (sonu) məqalələri çap olunub.

Zöhrə Fərəcova “Əhməd bəy Ağaoğlu və onun “Hicrət Kubra”əsəri” məqaləsi ilə “Mətbuat tariximizdən” rubrikasında çıxış edib.

Sədaqət Əsgərova “Kitablar, rəylər” rubrikasında yer alan “Yeni meyarlarla” yazısında Şahbaz Şamıoğlunun “Mirzə Fətəli Axundzadə (dövrü, elmi bioqrafiyası və müasirləşmə konsepsiyası)” kitabından söz açıb.

Ən yeni nəşrlər haqqında məlumat isə jurnalın “Kitab rəfi” rubrikasında verilib.

ŞAHANƏ

 





17.06.2017    çap et  çap et