525.Az

“Feyenoord” van Persini istəyir


 

“Feyenoord” van Persini istəyir<b style="color:red"></b>

“Fənərbaxça”nın futbolçusu Robin van Persi sabiq komandası “Feyenoord”a dönə bilər.

Qol.az-ın məlumatına görə, bu barədə Hollandiya mətbuatına açıqlama verən “Feyenoord”un baş məşqçisi Covanni van Bronkhorst 33 yaşlı hücumçunu öz komandasında görmək istədiyini bildirib:

“O, təcrübəli hücumçudur. Komandamıza gəlsə, faydalı olacağını düşünürəm”.

Qeyd edək ki, van Persi 1996-cı ildən 2004-cü ilə qədər “Feyenoord”un şərəfini qoruyub.

Əlavə edək ki, hollandiyalı futbolçunun “Fənərbaxça” ilə 2018-ci ilin iyununa qədər müqaviləsi var.

 





17.06.2017    çap et  çap et