525.Az

İranda Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək


 

İranda Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək<b style="color:red"></b> İyulun 3-dən 10-dək İranın Tehran, İsfahan və Təbriz şəhərlərində Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək.
 
525.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, mədəniyyət həftəsi çərçivəsində Azərbaycan filmləri nümayiş olunacaq, fotosərgi açılacaq, konsert proqramları təşkil ediləcək.
 
Azərbaycan mədəniyyəti həftəsinin keçirilməsi ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 3-də İrana səfər edəcək. Onun İranın mədəniyyət və islam inkişafı naziri və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
 





18.06.2017    çap et  çap et