525.Az

Adam oğurluğunda təqsirləndirilən 5 nəfər İnterpol xətti ilə axtarışa verildi


 

Adam oğurluğunda təqsirləndirilən 5 nəfər İnterpol xətti ilə axtarışa verildi<b style="color:red"></b> Azərbaycan adam oğurluğundan təqsirləndirilən 5 nəfər barəsində beynəlxalq axtarış elan edib.
 
APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
 
Axtarışa verilənlər 38 yaşlı Rafat Əmirov, 32 yaşlı Rüfət Əmirov, 29 yaşlı Kamil Əmirov, 21 yaşlı Əli Hüseynov və 36 yaşı Elvin Cəfərovdur.

Axtarışa verilənlərdən Rüfət Əmirov adam oğurluğunda, qalanları isə adam oğurluğuna cəhddə təqsirli bilinir.
 
Azərbaycan hüquq-mühafizə orqanları onlar ölkədən qaçdıqları üçün barələrində dövlətlərarası axtarış elan edib, saxlanılmaları üçün İnterpola müraciət olunub.
 





19.06.2017    çap et  çap et