525.Az

Gürcüstandan avtomobil idxalı 2 dəfədən çox artıb


 

Gürcüstandan avtomobil idxalı 2 dəfədən çox artıb<b style="color:red"></b> Bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 14 mln. 406,5 min ABŞ dolları dəyərində 556 ədəd avtomobil gətirilib.

Bu barədə "APA-Economics" Gürcüstanın Statistika Xidmətinə istinadən məlumat verib.
 
Ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin 5 ayı ilə müqayisədə 336 ədəd və ya 2,53 dəfə çoxdur. Məbləğ baxımından isə bu rəqəm 7 mln. 311,2 min dollar və ya 2,03 dəfə çoxdur.
 
Qeyd edək ki, 2016-cı ilin 5 ayında Gürcüstandan Azərbaycana 7 mln. 095,3 min dollar məbləğində 220 ədəd avtomobil gətirilib.
 





19.06.2017    çap et  çap et