525.Az

ABŞ səfiri Gəncədə


 

ABŞ səfiri Gəncədə<b style="color:red"></b> ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Gəncəyə səfər edib.
 
Gəncə şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, səfir Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.
 
E. Vəliyev diplomata Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin sənaye potensialı, mədəniyyəti, şəhərdə aparılan abadlıq-quruculuq işləri və yeni layihələr haqqında məlumat verib, habelə Gəncədə ABŞ hökumətinin dəstəyi ilə inşa edilən meydançalara və əməkdaşlığa görə təşəkkür edib.
 
Görüşdən öncə Nizami məqbərəsi və Nizami muzeyini ziyarət edən səfir isə bildirib ki, Gəncəyə səfərinin məqsədi şəhərin mərkəzi kitabxanasınada “Amerika güşəsi”nin yenidən açılması münasibəti ilə keçirilən tədbirdə iştirak etmək, USAİD tərəfindən Gəncədə həyata keçirilən yardım proqramları ilə bağlı ətraflı fikir mübadiləsini aparmaqdır. Səfir vurğulayıb ki, bu güşə azərbaycanlılara ABŞ-la təmas qurmaq, vacib bacarıqlar əldə etmək və dil öyrənmək baxımından əhəmiyyətli bir məkandır.
 
R. Sekuta Gəncə şəhərində məcburi köçkünlərin həyat şəraiti ilə də maraqlanıb. O, Gəncə şəhərinə səfərlərində onlarla bir neçə dəfə görüşdüyünü deyib.
 
E. Vəliyev isə bildirib ki, Gəncədə məcburi köçkünlər üçün iki qəsəbə salınıb. Birinci qəsəbəyə 1600-ə yaxın ailə, ikinci qəsəbəyə isə 700 ailə köçürülüb. Dövlət tərəfindən onlar üçün bütün lazımi şərait yaradılıb. Onlar daima dövlətin dəstək və qayğısı ilə əhatə olunur.
 
Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.
 





19.06.2017    çap et  çap et