525.Az

İsa Muğanna romanlarının təqdimatı keçiriləcək


 

İsa Muğanna romanlarının təqdimatı keçiriləcək<b style="color:red"></b>

Hədəf Nəşrləri ədəbiyyatımızın görkəmli nümayəndəsinin 6 romanını  son əlavələrlə yenidən nəşr etdirib.

Hədəf Nəşrlərinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, tanınmış Azərbaycan yazıçısı İsa Muğanna tərəfindən qələmə alınmış romanların təqdimat mərasimi keçiriləcək.

Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən məlumata görə, təqdimat mərasimi yazıçının özünün də iştirakı ilə, may ayının 18-də, saat 13:00-da Bakı  Atatürk Mərkəzində təşkil olunacaq.

Yazıçının 85 illiyi münasibəti ilə onun “İdeal”, “Məşhər”, “İsahəq, Musahəq”, “Qəbiristan”,  “Cəhənnəm” və “GurÜn” əsərləri hər biri yenidən, ayrı kitab formasında nəşr olunub.

Bu əsərlərin çapa hazırlanması və  redaktəsi yazıçının rəsmi razılığı ilə baş  tutub. Müəllif tərəfindən romanlara  (xüsusilə “İdeal” romanına) son əlavələr edilib.  Kitabların naşiri Müşfiq XAN, redaktoru Şəmil Sadiq, qrafik dizayneri isə Teymur Fərzidir.

İsa Muğanna öz əsərlərinin bundan sonra çap və yayım hüququnu Hədəf Nəşrlərinə həvalə edib. Müqaviləyə əsasən, bu kitabların satışından əldə olunan gəlirdən İsa Muğannaya yüksək faizlə qonorar veriləcək. Buna görə də, Hədəf Nəşrləri müəllifin əsərlərini yayan saytları və mətbuat qurumlarını yazıçının maraqlarını da nəzərə almağa çağırır.

İsa Muğanna romanlarının təqdimat mərasimində ölkənin ədəbi mühitində tanınmış simalar, ictimai xadimlər, yazıçılar və ziyalılar da iştirak edəcəklər.

 





13.05.2013    çap et  çap et