525.Az

DİM-in şöbə müdiri: “Dövlət qulluğuna qəbul asanlaşdırılıb"


 

DİM-in şöbə müdiri: “Dövlət qulluğuna qəbul asanlaşdırılıb"<b style="color:red"></b> "Əvvəllər dövlət qulluğunda yüksəliş üçün iki yol - daxili və ümumi müsahibə keçirilməsi müəyyən edilmişdisə, indi sertifikat əldə edən namizədin bu iki yola ehtiyacı olmadan yüksək vəzifəyə təyin edilməsi şansı var".
 
APA nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə deyib.
 
V. Əsgərov qeyd edib ki, yeni dövlət qulluğu modeli sertifikasiya sistemi ilə bağlıdır: "Vətəndaşlar dövlət qulluğuna test imtahanlarının nəticələri əsasında sertifikatla qəbul olunacaqlar. Bu sertifikatın qüvvədə olma müddəti 5 ildir. Şəxs inzibati vəzifələrə uyğun sertifikat alacaq. Bu sertifikat yalnız həmin vəzifə üzrə deyil, həmin vəzifənin alt qrupuna daxil olan bir neçə vəzifə üzrə də qəbul edilir. Misal olaraq, nazirlikdə baş məsləhətçi vəzifəsində olan şəxs 5 il ərzində baş məsləhətçi vəzifəsi ilə yanaşı, bundan aşağı olan digər vəzifələr üzrə də müsahibələrdə iştirak etmək hüququ qazanacaq. Yeni sistemin üstünlüyü ondan ibarətdir ki, artıq  vətəndaş bir deyil, ondan aşağı olan və sertifikatla nəzərdə tutulan digər vəzifələr üzrə də keçirilən müsahibələrdə iştirak edə biləcək. Bu, dövlət qulluğuna qəbulun asanlaşdırılması baxımından mütərəqqi  addımdır".
 
V. Əsgərov qeyd edib ki, dövlət qulluğunda işə qəbul müsabiqəsi DİM tərəfindən elan ediləcək. Test imtahanında uğur qazananlar üçün müsahibələr bu qurumun nümayəndəsinin iştirakı ilə aparılacaq.
 





19.06.2017    çap et  çap et