525.Az

"Qarabağ"ın ÇL-də rəqibi bəlli oldu


 

"Qarabağ"ın ÇL-də rəqibi bəlli oldu<b style="color:red"></b>

Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün II təsnifat mərhələsinin  püşkatması keçirilib.

Qol.az-ın məlumatına görə, İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə  Azərbaycan çempionu “Qarabağ”ın rəqibi də bilinib. Püşkün nəticəsinə görə, komandamız Gürcüstan çempionu "Samtredia" ilə qarşılaşacaq. İlk oyun Bakıda, cavab görüşü Gürcüstanda olacaq.

II təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-i, cavab matçları isə iyulun 18-19-na nəzərdə tutulub. Matçların dəqiq tarixi yaxın saatlarda açıqlanacaq.

Xatırladaq ki, "Samtredia"  ötən il Avroliqanın birinci mərhələsində "Qəbələ"yə rəqib olub. İlk görüşdə Roman Qriqorçukun komandası rəqibinə 5:1 qalib gəlib, cavab görüşündə 1:2 hesabı ilə uduzsa da, mərhələ adlayıb.

 





19.06.2017    çap et  çap et