525.Az

Ekspert: “Metsamor AES region üçün böyük təhlükədir”


 

Ekspert: “Metsamor AES region üçün böyük təhlükədir”<b style="color:red"></b> Tbilisidə “Ekologiya və nüvə radiasiyası təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv olan ölkələrin və beynəlxalq təşkilatların 100-dən çox nümayəndəsi qatılıb.
 
Konfransda zənginləşdirilmiş uranın təhlükəsiz şəkildə daşınması, geri qaytarılması və istifadə edilməsi prosedurları müzakirə olunub. Cənubi Qafqaz regionunda radiasiya və nüvə sahəsində bir çox məsələlər nəzərdən keçirilib. Konfrans iştirakçıları Ermənistanda fəaliyyət göstərən Metsamor AES-lə bağlı fikirlərini də bölüşüblər.
 
Ekologiya və Nüvə Radiasiya Təhlükəsizliyi Agentliyinin rəhbəri Vasili Qadenaşvili jurnalistlərə açıqlamasında bildirib ki, konfransda Cənubi Qafqaz regionunda radiasiya və nüvə sahəsində mövcud olan problemlər müzakirə olunub: “Regionda yalnız bir təhlükə mənbəyi mövcuddur. Bu da hazırda fəaliyyətdə olan Metsamor Atom Elektrik Stansiyasıdır. Bu stansiya müasir təhlükəsizlik standartlarına cavab vermədiyi halda fəaliyyət göstərir. Metsamor AES-in fəaliyyəti tək Ermənistan üçün deyil, bütün region üçün böyük təhlükə mənbəyidir”.
 





19.06.2017    çap et  çap et