525.Az

Fransada atom elektrik stansiyasında yanğın


 

Fransada atom elektrik stansiyasında yanğın <b style="color:red"></b> Fransanın şərqində "Büje" atom elektrik stansiyasında yanğın baş verib.
 
APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyi yerli yanğından mühafizə xidmətinin nümayəndələrinə istinadən məlumat verib.
 
Məlumata əsasən, atom elektrik stansiyasının beşinci enerji blokunun damında əmələ gələn yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Hadisə nəticəsində zərərçəkən olmayıb. Radiasiya səviyyəsinin artması qeydə alınmayıb. Yanğının səbəbləri barədə məlumat verilmir.

Qeyd edək ki, "Büje" atom elektrik stansiyası Lion şəhərindən 35 km aralıda yerləşir.
 





20.06.2017    çap et  çap et