525.Az

KİV: "Tanınmış politoloq ABŞ dövlət katibinin köməkçisi ola bilər"


 

KİV: "Tanınmış politoloq ABŞ dövlət katibinin köməkçisi ola bilər"<b style="color:red"></b> Politoloq, Rusiyaya qarşı sərt mövqe tərəfdarı olan Uess Mitçell ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi təyin edilə bilər.
 
APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın “BuzzFeed” portalı məlumatlı mənbələrə istinadən məlumat verib.
 
Avropa siyasətinin təhlili üzrə ekspert mərkəzinin (CEPE) həmtəsisçisi U.Mitçell əvvəllər “John Hay Initiative” analitik mərkəzində çalışıb.
 
Qeyd edək ki, sabiq prezident Obamanın dövründə dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi vəzifəsini Viktoriya Nuland tuturdu.
 





20.06.2017    çap et  çap et