525.Az

Ən təhlükəli italyan mafioz saxlanıldı


 

Ən təhlükəli italyan mafioz saxlanıldı<b style="color:red"></b>

Ən çox axtarışda olan italyan mafioz Polşada saxlanılıb.

Trend-in məlumatına görə, İtaliyanın "Kamorra" mafiya təşkilatının üzvü Antonio S.-i Polşa polisinin Mərkəzi İstintaq Bürosunun əməkdaşları saxlayıb.

Həsbinə order verilən ən təhlükəli italyan cinayətkar Karpat bölgəsində gizlənmişdi.

Polisin məlumatına əsasən, Antonio S. "Kontini" mafiya dəstəsinin tərkibində fəaliyyət göstərib.

2011-ci ildə Neapol məhkəməsi beynəlxalq narkotik ticarətinə və mafiya təşkilatlarında iştiraka görə mafiozun 11 il azadlıqdan məhrum edilməsi barədə qərar qəbul etmişdi.

 





20.06.2017    çap et  çap et